AZ

"Trabzonspor" "Şalke"dən türk futbolçunu almaq istəyir

Türkiyənin "Trabzonspor” klubu türk futbolçu Kənan Karamanla maraqlanır. 

AzxeberSport Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya klubu "Şalke" futbolçu üçün əvvəlcə 3 milyon avro tələb edib.

 "Trabzonspor" isə bu qiyməti aşağı endirməyə çalışır. 

Həmçinin Kənanla Rusiyanın "Lokomotiv Moskva" komandası da maraqlanır.

Qeyd edək ki, futbolçu bu mövsüm 31 matçda 14 qol və 9 məhsuldar ötürmə edib.

Seçilən
20
1
azxebersport.az

2Mənbələr