AZ

Kamada "Latsio"nu "Kristal Pelas"a dəyişdi

Yaponiyalı yarımmüdafiəçi Daiçi Kamada "Kristal Pelas"a keçib.

90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu azad agent kimi İtaliyanın “Latsio” klubundan “Kristal Pelas”a keçib.

Kamada yeni klubu ilə 2 illik əmək müqaviləsi imzalayıb.

Kamada 2023-cü ilin avqustundan "Latsio"da çıxış edir. Bu müddət ərzində yaponlar bütün turnirlər daxil olmaqla 38 matçda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, yarımmüdafiəçinin dəyəri 18 milyon avrodur.

Seçilən
5
90deqiqe.az

1Mənbələr