“Azərişıq” ASC üç tenderə yekun vurub.
“Azərişığ”ın 13 milyonluq tenderinin qalibi - AÇIQLANDI
FED.az xəbər verir ki, qurum tenderlərin qaliblərinə toplamda 9 215 117 manat ödəyəcək.
Tenderlərdən ikisini “Smart Energy Services” MMC şirkəti udub, yerdə qalan bir tenderin qalibi isə “SMCS” MMC şirkəti olub.
Daha detallı :
Satınalma predmeti | Qalib | Məbləğ |
Şuşa rayonu Aşağıquşçu, Yuxarıquşçu və Qaybalı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işləri | “SMCS” MMC | 2 069 439 AZN |
Şuşa rayonu, Malıbəyli yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Malıbəyli" yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması | “Smart Energy Services” MMC | 3 426 523 AZN |
Xocalı rayonu, Sığnaq yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması | “Smart Energy Services” MMC | 3 719 117 AZN |