AZ

Oktay Kaynarca “Kurtlar Vadisi”nin ssenaristinin serialında rol alacaq?

Türkiyəli məşhur aktyor Oktay Kaynarca ilə bağlı sürpriz iddia yayılıb.

“Cebhe.info” xəbər verir ki, sevilən aktyorun əfsanəvi serial “Kurtlar Vadisi”nin ssenaristi Bahadır Özdenerin yeni layihəsində rol alacağı önə sürülüb.

Bu barədə sosial şəbəkələrin Türkiyə seqmentində paylaşımlar edilib. İddialara əsasən, Oktay Kaynarca Bahadır Özdenerin yeni mövsümdə çəkəcəyi mafiya serialı “Yeraltı”nın baş rolunu canlandıra bilər. Hələ ki, tərəflərin heç biri sözügedən paylaşımlarla bağlı münasibət bildirməyiblər.

Qeyd edək ki, Oktay Kaynarcanın sentyabrda yeni mafiya serialı ilə ekranlara qayıdacağı gözlənilir. Lakin onun özünün layihə rəhbəri olacağı ekran işində, yoxsa yeni başlayacaq “Yeraltı” serialında çəkiləcəyi hələlik məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
cebheinfo.az

1Mənbələr