AZ

Rusiyada ağır qəzaya düşən azərbaycanlı sürücü: “Yenə də ölmədim..” - ANBAAN VİDEO

Həmyerlimizin Rusiyada törətdiyi yol qəzası anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil dəmir arakəsməyə çırpılaraq qəzaya uğrayıb. Qəzaya səbəb yüksək sürət həddi olub. Belə ki, sürət həddini aşan sürücü anidən idarəetməni itirir. Zərbənin təsirindən avtomobil hərəkətdə olan yük maşınının önünə düşür. Xoşbəxtlikdəm sürücü nəqliyyat vasitəsini vaxtında saxlayır.

Qeyd edək ki, sürücü qəzanın görüntüsünü  sosial şəbəkə hesabında paylaşıb. O, “yenə də ölmədim” bildirərək bir neçə dəfə ağır qəza keçirdiyini vurğulayıb.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
avtosfer.az

2Mənbələr