AZ

Toyota 3D printerdə çap edilmiş gövdəyə sahib off-road avtomobil konseptini sərgiləyib

     Yaponiyanın avtomobil istehsalçısı olan Toyota 4 nəfər sərnişin üçün nəzərdə tutulmuş off-road avtomobilinin konseptini sərgiləyib. Konsepti sərgilənmiş bu avtomobilin əsas fərqləndirici özəlliyi ondadır ki, onun gövdəsinin detalları 3D printerdə çap edilib. Avtomobilin 3D printerdə çap edilmiş gövdə materialı polipropilen qətran listlərindən təşkil edilib və əlavə olaraq karbon lifləri vasitəsilə gücləndirilib. Avtomobil gövdəsinin komponentləri Yaponiyanın Mitsui Chemicals və ARRK adlı şirkətlər ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.     Gövdə detallarının çap prosesində isə ExtraBold Inc. şirkətinin EXF-12 adlı 3D printerindən istifadə edilib. Sözügedən avtomobilin gövdə materialının əsas özəlliyi ondadır ki, o, avtomobil çəkisinin aşağı salınmasına imkan verir və üstəlik avtomobilin istismarı göstəricilərini yaxşılaşdırır. Məlumata əsasən Tafnex adını əldə etmiş gövdə materialı üstəlik uçan nəqliyyat növlərində də istifadə edilə bilər. Bu material su altında əyilmə və yüksək temperatur testlərindən uğurla keçib. Bu off-road avtomobilin yeni versiyasının bu il anons olunacağı gözlənilir.

Seçilən
114
technote.az

1Mənbələr