AZ

İsrail fələstinli məhbusları azad etdi – VİDEO 

İsrail Qəzza zolağının şimalında Əl-Şifa xəstəxanasında əməliyyat zamanı saxlanılan 55 fələstinlini azad edib.

Bizim.Media xəbər verir ki, məhbusların azad olunmasının görüntüləri teleqram kanallarında yayılıb.

Həmin məhbuslardan biri Əl-Şida xəstəxanasının direktoru Məhəmməd Əbu Şifa İsrail həbsxanalarındakı nəzarətçilərinin onlarla pis rəftar etdiklərini bildirib. O, bütün fələstinli məhbusların azadlığa buraxılmasının vacib olduğunu qeyd edib.
Xatırladaq ki, HƏMAS rəsmiləri İsrail tərəfindən saxlanılan fələstinlilərin azad edilməsinin danışıqlar üçün əsas şərtlərdən biri olduğunu dəfələrlə bəyan ediblər.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
bizim.media

1Mənbələr