AZ

"Geely" birinci rübdə xalis mənfəətini 2 dəfə artırıb

Çinin ən böyük avtomobil istehsalçılarından biri olan "Geely Automobile Holdings" bu ilin birinci rübündə xalis mənfəətini illik müqayisədə 2 dəfədən çox artıraraq 1,561 milyard yuana (215 milyon dollar) çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat dövründə "Geely"in gəliri 56% artaraq 52,3 milyard yuana çatıb. Bildirilib ki, bu ilin beş ayında 789 645 avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 45% çoxdur.

2024-cü ilin sonuna qədər şirkət 1,9 milyon avtomobil satmağı planlaşdırır.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
iqtisadiyyat.az

1Mənbələr