AZ

Polşada kimyəvi tullantılar poliqonunda yanğın olub, xəsarət alanlar var

Polşanın Lodz voyevodalığının Volya Laska yaşayış məntəqəsində kimyəvi tullantılar poliqonunda yanğın baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə RMF FM radiostansiyasına yanğınsöndürmə xidmətinin Lodzdakı nümayəndəsi Lukaş Qurçinski məlumat verib.

“İlkin olaraq 6 zərərçəkənlə bağlı məlumatımız var”, - o bildirib.

Nümayəndənin sözlərinə görə, hadisə yerinə 19 yanğınsöndürmə briqadası, həmçinin kimyəvi çirklənmə ilə işləyən xüsusi xilasedicilər qrupu cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
5
korrespondent.az

6Mənbələr