Türkiyənin məşhur aktrisa və müğənnisi Hülya Avşar Şimali Kiprdə "Moon Life Ödül Töreni"adlanan mükafat mərasiminə qatılıb.
Day.Az Milli.Az-a istinadən bildirir ki, sənətçi gözlənilməz sürprizlə qarşılaşıb. Təqdim olunan mükafatı almaq üçün səhnəyə çıxan Avşara Şimali Kiprdə ev hədiyyə edilib.
Yeni mənzilinin açarlarını alan Hülya təəccübünü və sevincini gizlətməyib.