AZ

Patrisiu azad agent kimi getdi

Rui Patrisiu “Roma”dan ayrılıb. Portuqaliya yığmasının sabiq üzvü İtaliya klubunu azad agent kimi tərk edib.

Futbolinfo.az xəbər verir ki, 3 il idi “canavarlar”ın şərəfini qoruyurdu. O zaman 11,8 milyon avroya transfer edilən əlcək sahibi, indi Səudiyyə Ərəbistanına yollana bilər. 36 yaşlı oyunçu bir neçə sərfəli təklif alıb.

“Sportinq” yetirməsi olan Patrisiu doğma komandasından əlavə 3 il də “Vulverhempton”da çıxış etmişdi.

Seçilən
175
futbolinfo.az

1Mənbələr