AZ

ABŞ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün tədbirlər görəcək

ABŞ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün tədbirlər görəcək

ABŞ yaxın vaxtlarda Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün tədbirlər görək. Bunu ABŞ dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.O, ABŞ-ın Ukraynaya özəl investisiyaların cəlb edilməsində maraqlı olduğunu bildirib. "Havadan müdafiə sərmayələrin qoyulduğu əraziləri qorumaq üçün lazımdır və biz bunu edirik. Düşünürəm ki, NATO sammitinə yaxınlaşdıqca bununla bağlı daha çox xəbərlər alacaqsınız" - deyə Blinek vurğulayıb.Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Amerika administrasiyası hazırda istehsal olunan bütün Patriot və NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürmək qərarına gəlib. Ağ Evin sözçüsü əlavə edib ki, Vaşinqton bu tədbiri hazırda Ukraynaya gələcək hərbi dəstək üçün ən yaxşı variant hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
afn.az

2Mənbələr