ABŞ yaxın vaxtlarda Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün tədbirlər görəcəyini gözləyir.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.
O, ABŞ-nin Ukraynaya özəl investisiyaların cəlb edilməsində maraqlı olduğunu iddia edib: "Havadan müdafiə sərmayələrin qoyulduğu əraziləri qorumaq üçün lazımdır və biz bunu edirik. Düşünürəm ki, gələn həftə NATO sammitinə yaxınlaşdıqca qarşıdakı həftələrdə bununla bağlı daha çox xəbərlər görəcəksiniz".