AZ

Həbsxanada vəba xəstəliyi aşkarlanıb 72 saata 25 nəfərə yayılıb

Nigeriya Səhiyyəsinin  İctimaiyyətlə Əlaqələr Direktoru Tunbosun Oqunbanvo verdiyi yazılı açıqlamasında ölkədə vəba epidemiyasının son 72 saatında Kirikiri həbsxanasında 25 hadisənin görüldüyünü bildirib.

Digər tərəfdən, Laqos əyalətinin səhiyyə komissarı Akın Abayomi Ümumdünya Səhiyyə Təşkilatının həbsxanada epidemiya ilə mübarizə çərçivəsində 10 min doza dərman təmin etdiyini bildirib.

NigeriyaXəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris iyunun 24-də vəba epidemiyasının yanvar ayından etibarən ölkənin 31 vilayətinin 107 bölgəsinə yayıldığını, epidemiya nəticəsində həyatını itirənlərin sayının isə 53-ə yüksəldiyini açıqlayıb.

İyunun 26-da vəba epidemiyası ilə əlaqədar ölkədə “milli fövqəladə vəziyyət” elan edilib.

"Vibrio" bakteriyasının törətdiyi,yeməkvə su ilə keçən vəba, ishala və buna görə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır.

Ölkədə malyariya, poliomielit, tif və meymun virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
hurriyyet.az

1Mənbələr