AZ

Qazaxıstanda terror xəbərdarlığı "sarı" səviyyəyə qaldırılacaq

Qazaxıstanda terror xəbərdarlığı "sarı" səviyyəyə qaldırılacaq

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti ilə əlaqədar Qazaxıstanda, xüsusən də paytaxt Astanada və Almatı, Qaraqandı və Kokşetau şəhərlərində terror təhlükəsinin “sarı” həddə qaldırılacağı bildirilirib.Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahından verilən açıqlamada Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı üçün bir çox ölkədən yüksək səviyyəli nümayəndə heyətinin 2-4 iyul tarixlərində paytaxt Astanaya gələcəyi bildirilib.Bəyanatda xarici liderlərin və nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görüldüyü vurğulanıb və Qazaxıstanın Terrorla Mübarizə Qanununun 12, 13 və 15-ci maddələrinə uyğun olaraq Dövlət Təhlükəsizlik Təşkilatı rəisinin qərarı ilə Astana, Almatı, Qaraqandı və Kokşetau şəhərlərinin müəyyən rayonlarında terrorizmə qarşı mübarizə aparılacağı qeyd edilib.Sammitdə 16 ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi vurğulanıb.Bu kontekstdə açıqlamada, sözügedən şəhərlərdə 2 iyul saat 00.01-dən 4 iyul 23.59-a qədər terror təhlükəsinin orta səviyyə olan “sarı” səviyyəyə qaldırılacağı və müəyyən rayonlarda, ictimai yerlərdə, qatar və avtovağzallarda avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə məhdudiyyətlər qoyulacağı, hava limanlarında və metro obyektlərində patrul xidmətinin gücləndiriləcəyi, hava limanlarında, metropoliten, qatarlarda və avtovağzallarda yoxlama tədbirlərinin gücləndiriləcəyi bildirilib.Astana Qubernatorluğu həmçinin 2-4 iyul tarixlərində Astanada dövlət qurumları və yarı-dövlət sektoru işçilərinin 70 faizinin uzaqdan iş formatına keçəcəyini və şəhərdəki uşaq bağçalarının bağlanacağını açıqlayıb.Qeyd edək ki, iyulun 3-4-də paytaxt Astanada təşkilatın hazırkı prezidenti Qazaxıstanın ev sahibliyi ilə ŞƏT Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı keçiriləcək. “ŞƏT+” formatında keçiriləcək sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
6
afn.az

8Mənbələr