AZ

Şəkidə 69 yaşlı kişini maşın vurdu

Şəkidə 69 yaşlı kişini maşın vurub. Lent.az-ın məlumatına görə, hadisə axşam saat 17 radələrində Şəki şəhəri H. Sarabski küçəsində qeydə alınıb. 1955-ci il təvəllüdlü, Şəki şəhər sakini Abdurrahman Qədir oğlu İbrahimov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. İbrahimov Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
avtosfer.az

1Mənbələr