AZ

Morata Səudiyyə Ərəbistanına keçə bilər

"Atletiko"nun hücumçusu Alvaro Morata Səudiyyə Ərəbistanının "Əl-Kadisiya" klubuna keçməyə yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Qeyd edilib ki, 31 yaşlı Moratanın transferi demək olar ki, başa çatıb.

Mənbənin məlumatına görə, "Əl-Kadisiya"nın oyunçuya xərcləyəcəyi ümumi məbləğ 50 milyon avro olacaq.

Ötən mövsüm ispaniyalı hücumçu bütün turnirlərdə 48 matçda iştirak edib, 21 qol vurub və 6 asist edib.

Moratanın "Atletiko" ilə hazırkı müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Seçilən
169
operativmm.az

1Mənbələr