AZ

“Yaşlanmadan” yaş almaq mümkündürmü?

Məşhurların gənc qalma sirləri

Kim xoşbəxt və uzun ömür yaşamaq istəmir ki? Uzun və sağlam həyat hamının ortaq arzusudur. Bu mövzuda tədqiqatlar getdikcə artır. Vaşinqton Universitetinin bu yaxınlarda dərc etdiyi araşdırmalara görə, orta ömür uzunluğu 88 il olan Sinqapur uzunömürlülər siyahısının il pilləsindədə yer alır. Tədqiqatçılar 2050-ci ilə qədər Fransa, İtaliya, İspaniya və Portuqaliyanın Cənubi Avropa ölkələrindən daha uzun ömür sürəcəyini vurğulayırlar. Dünyanın ən yaşlı qadını, 117 yaşlı Maria Branyas Morera, İspaniyada yaşayır. 2017-ci ildə aparılan bir araşdırma ispaniyalıların gündə orta hesabla 5,936 addım atdıqlarını göstərir. Fransa, İtaliya, Portuqaliya və İspaniyanın proqnozlarına görə 2050-ci ildə orta ömür müddəti 84-86 il arasında olacaq. Yuxarıda adı çəkilən Maria Branyas Morera müsahibəsində deyir ki, onun uzun ömrünün sirri "həyatı zəhərləyən insanlardan uzaq olmaqdır".

80 faiz qaydasını unutmayın

Araşdırmalar göstərir ki, mavi zonada yaşayan insanlar mədələri 80 faiz dolu olduqda yemək yeməyi dayandırırlar. Bu fərdlər günün son yeməyini səhər tezdən yeyirlər və günün qalan hissəsində yemək prosesini tamamlayırlar. Bu yolla artıq çəkinin və xroniki xəstəliklərə səbəb ola biləcək həddindən artıq enerji qəbulunun qarşısını alırlar.

Məşhurların gənc qalma sirləri

Möhtəşəm görünüşlərini bir neçə estetik əməliyyatlara borclu olduqlarını düşündüyümüz məşhurlar sən demə, gözəl və gənc görünmələri üçün təbii üsullardan da istifadə edirlər.

Qvinet Peltrou, hər səhər meditasiya və idman etdiyini, yuxu rejiminə fikir verdiyini bildirir. O, həmçinin vurğulayır ki, uzunömürlülük termini əbədi yaşamaq istəyi demək deyil. Deməli, onun əsas məqsədi həyatı boyu sağlam yaşamaqdır.

Cennifer Eniston çox yaxından tanıdığımız bitki mənşəli qida proqramını tətbiq edir. Bu, hər kəsin qəbul edə biləcəyi vərdişlərdir. O, qanda şəkərin balansını qoruyur, işlənmiş qidalardan imtina edir, özünü yaxşı hiss etmək üçün çoxlu antioksidant qəbul edir. Aktrisa, həmçinin yoga ilə məşğul olmağın sağlam zehin, bədən və ruhun yaranmasına səbəb olduğunu söyləyir.

Kameron Diaz, "Uzunömürlülük kitabı"nda yaşlanma ilə bağlı bir çox mövzuya toxunur. O bildirib ki, bu kitabı yaşlanmaya qarşı qorxu və qərəzləri aradan qaldırmaq üçün yazıb. "Əgər yaşlanırsansa, deməli, sən hələ də yaşayırsan" deyərək yaşlanmanın həqiqətən yaşamağın bir parçası olduğunu vurğulayır. Aktrisa deyir ki, qocalmağı gizlətməli olduğumuz bir şey kimi deyil, ona sevinməli və qeyd etməli olduğumuz bir məvhim kimi baxmalıyıq. O, yaxşı yuxunun, qidalanmanın və müntəzəm idmanın vacibliyini vurğulayır və evdə yeməkləri yeməyin vacibliyini vurğulayır. Aktrisa həmçinin dostları ilə birlikdə vaxt keçirməyin daha yaxşı olduğunu söyləyir. Təkcə Diaz deyil, araşdırmalar da bunu təsdiqləyir. Bir çox araşdırmalar göstərir ki, sosiallaşmaq və sevdiklərinizlə vaxt keçirmək uzun və sağlam həyata zəmin yaradır.

Mimi Kirk təxminən 50 ildir ki, veqan/vegetarian qidalandığını və sağlamlığın ən böyük sərvət olduğunu deyir. 85 yaşlı aktrisa izah edir ki, güclü tərəflərini dərk etmək və zəif tərəfləri ilə barışmaq ona yaradıcı, xoşbəxt həyat sürməyə imkan verib. Müsahibəsində bildirir ki, həyatı sevgi ilə yaşamaq onun ömrünü gözəlləşdirib.

Novak Cokoviç və Serena Uilyams kimi çox yaxşı tanıdığımız idmançılar da yaşın sadəcə bir rəqəm olduğu şüarı ilə rəqiblərinə meydan oxuyarkən veqan pəhrizini mənimsəyir.

Viktoriya Bekhem isə bildirib ki, görünüşünü qəbul edir. O əlavə edir ki, yaşlanmanın verdiyi hissdən zövq alır və yenidən 25 yaşına qayıtmaq istəmir; güzgüyə baxaraq, əslində yaxşı göründüyünün əksinə, nəyi inkişaf etdirmək lazım olduğunu görən qadınlardan biridir. Demək ki, o, zamanı geri qaytarmağa çalışmır, ən yaxşı versiyası üçün mübarizə aparır.

Nigar Oruocva, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
ikisahil.az

1Mənbələr