Nigeriya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus hərbi helikopterin Kaduna əyalətində qəzaya uğradığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, Kaduna əyalətində silahlı dəstələrə qarşı əməliyyat üçün yola çıxan HHQ-ya məxsus helikopter əyalətin Tami kəndində qəzaya uğrayıb.
Pilotun qəzadan sağ çıxdığı öyrənilib. HHQ rəsmiləri qeyd edib ki, helikopterin qəzaya uğrama səbəbi hələ məlum deyil və qəza ilə bağlı araşdırma başlayıb.