AZ

"Zirə" legioner futbolçu transfer edib

2024/2025 mövsümünə hazırlaşan “Zirə” yeni futbolçu ilə anlaşıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edib.

Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında da çıxış edib. O, Ruanda millisinin heyətində 16 matça çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
17
90deqiqe.az

10Mənbələr