AZ

Kadırov qardaşı oğlunu Təhlükəsizlik Şurasının katibi təyin edib

Kadırov

Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.

Bu barədə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov teleqram kanalında yazıb.

O qeyd edib ki, qohumu rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir və üzərinə düşən vəzifənin öhdəsindən gələcək.

27 yaşlı Hamzat Kadırovun dini və dünyəvi təhsili var: o, hafizlər məktəbini və Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Bu illər ərzində o, regionda rəhbər vəzifələrdə, o cümlədən Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi naziri, respublika rəhbərinin katibliyinin rəhbəri və baş nazirin müavini vəzifələrində çalışıb(Report).
Seçilən
91
12
reyting.az

10Mənbələr