AZ

“Barselona”nın hücumçusu rəsmən “Çelsi”də

"Barselona"nın hücumçusu Mark Quiounun "Çelsi"yə keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 London klubu ispan futbolçu kataloniyalılarla 6 milyon avro ödəyib. "Zadəganlar" futbolçu ilə 6+1 illik müqavilə imzalayıb.

Quio "Çelsi"yə qoşulduğu üçün çox xoşbəxt olduğunu bildirib:

"Bura gəldiyim üçün hədsiz xoşbəxtəm. Həyəcandan yata bilmədim. Çox həyəcanlıyam. Kiçik yaşlarımdan Premyer Liqada oynamaq arzusunda idim "Çelsi"nin sayəsində bu şansım oldu, klubun uğuru üçün əlimdən gələni edəcəyəm."

18 yaşlı futbolçu "Barselona"nın əsas heyətində yeddi oyun keçirib. Onlarda gənc hücumçu iki qol vurub.

Xatırladaq ki, “Çelsi” son İngiltərə çempionatını turnir cədvəlinin altıncı pilləsində başa vurub. Növbəti mövsümdə “pensiyaçılar” Premyer Liqanı Konfrans Liqasında təmsil edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
90deqiqe.az

1Mənbələr