AZ

AVRO-2024: Ronaldu ağladı, Portuqaliya növbəti mərhələyə adladı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü keçirilib.

Heftelik.az-ın məlumatına görə, oyunun əsas və əlavə olunmuş hissələrində hesab açılmayıb.

Əlavə olunmuş birinci hissə Kriştian Ronaldunun penaltidən yararlana bilməməsi və göz yaşları ilə yadda qalıb.

“Frankfurt Arena” keçirilən qarşılaşmada qalib penaltilər seriyasında bəlli olub. Penaltilər seriyasında  Sloveniya yığması ilk 3 penaltidən birini qola çevirə bilməyib. Kriştian Ronaldudan başlayar, ilk 3 penalti zərbəsini dəqiq yerinə yetirən Portuqaliya yığması 1/4 final mərhələsinə yüksəlib.

Portuqaliyanın rəqibi Fransa olacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
heftelik.az

1Mənbələr