AZ

Türkiyə Suriyada iğtişaşları yatırmaq üçün qüvvə göndərdi

Suriyanın bəzi şəhərlərində baş verən iğtişaşlardan sonra Türkiyə Silahlı Qüvvələri bölgəyə əlavə qüvvə yeridib.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, Suriyanın Azez, Əl-Bab və Afrin şəhərlərində baş verən iğtişaşlardan sonra belə qərar verilib.

Bu gün Suriyanın Hələb şəhərindən Türkiyəyə gələn TIR-lar yandırılıb. Bundan başqa poçt şöbəsinə və polis bölməsinə hücum zamanı Türkiyə bayrağı iğtişaşçılar tərəfindən yandırılıb. Əraziyə gələn hərbçilərə iğtişaşçılar tərəfindən daş və dəyənəklərlə hücum edilib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
teleqraf.com

1Mənbələr