AZ

AVRO 2024: Portuqaliya 1/4 finalda - Dramatik oyunda penaltilər seriyası

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində Portuqaliya millisi Sloveniya yığmasını penaltilər seriyasında məğlub edib - 3:0. Əsas və əlavə vaxtda komandalar 0:0 hesablı heç-heçə edib.

Missiya.Az xəbər verir ki, oyun Frankfurt am Main şəhərindəki Deutsche Bank Park stadionunda baş tutub. Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo əlavə vaxtda penaltini qaçırsa da, penaltilər seriyasında qol vurub.

Qeyd edək ki, iyulun 1-də keçirilmiş digər 1/8 qarşılaşmasında Fransa Bekçikanı məğlub edib. 1/4 finalda Fransa Portuqaliya yığması ilə qarşılaşacaq 

ElcanMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
missiya.az

1Mənbələr