AZ

Mehmet Özhaseki istefa verdi

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki tutduğu vəzifədən istefa verib.Bu barədə “TRT haber” məlumat yayıb.O, açıqlamasında bu qərarı səhhətində yaranan problemlə bağlı qəbul etdiyini deyib:“Dövlətimə xeyirli olan işlərdə fəaliyyətim davam edəcək”.Özhaseki istefa ərizəsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib. Qeyd edək ki, nazir bu vəzifəyə keçən il təyin olunmuşdu.Xatırladaq ki, dünən “TGRT Haber” Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi haqda məlumat yaymışdı.














Paylaş:

Seçilən
35
2
regionxeberlericom.az

3Mənbələr