AZ

“Tarixdə bu gün” - 2 iyul...  

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.


 
2 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.


2 iyul Beynəlxalq İdman Jurnalistləri Günüdür:

 

Bu gün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il qeyd edilir.1924-cü il iyulun 2-də Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat - Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar təşkil edir.


2 iyul Azərbaycan Polis İşçiləri günüdür:

 

1918-ci ilin bu günü Azərbaycan Demokratik Cümhuriyyətinin hökumət qərarı ilə ölkədə asayişin qorunması məqsədilə polis qüvvələri yaradıldı. Bu münasibətlə respublikada 2 İyul Azərbaycan Polis İşçiləri Günü olaraq qəbul edilib.


2 iyul məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin xatirə günüdür:

 

Heminqueyin ilk əsərlərinin əsas mövzusu müharibə və bunun nəticəsində itirilmiş nəslin taleyidir. 1936-1939-cu illərdə İspaniyada azadlıq mübarizəsində iştirak etmiş yazıçı “Əlvida, silah”, “Kilimancaronun qarları” romanları, “Qadınsız kişilər”, “Bizim zəmanəmizdə” hekayələr kitablarında ictimai-siyasi və mənəvi-əxlaqi problemləri, müharibənin insanlara vurduğu amansız yaraların təsirinə geniş yer verib. O, “Qoca və dəniz” povestinə görə Nobel mükafatına layiq görülüb.

 

Ernest Heminquey 1961-ci ilin bu günü ömrünü 62 yaşında intiharla başa vurub. (1899-1961)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
azedu.az

1Mənbələr