Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət kafenin yanar konstruksiyaları yanıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.