AZ

“Qara blok” Parisi dağıdıb

Parisdə parlament seçkilərinin ilk nəti­cələrinin elan edilməsindən sonra başlayan nümayişdə “Qara blok” (“Black bloc” - red) hərəkatının radikalları kafelərin vitrinləri­ni sındırmağa və zibil qutularını yandırmağa başlayıblar.

“Euronews” yazır ki, hadisələr bazar günü axşam saat 20:00-dan etibarən parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtda­kı Respublika Meydanında baş verib. Əraziyə polis əməkdaşları göndərilib.

Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsver­mənin nəticələrindən narazılıqlarını ifadə edərək an­tifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtma­ğa və zibil qutularını yandırmağa başlamışlar. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

XQ

Seçilən
91
21
xalqqazeti.az

10Mənbələr