Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulacaq.
Korrespondent.az bildirir ki, 4-cü oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "Allianz Arena"da Rumıniya Niderlandla qarşılaşacaq. Almaniyalı Feliks Zvayerin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Digər oyun isə "Red Bull Arena"da keçiriləcək. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gələcək. Matçı portuqaliyalı FİFA referisi Artur Diaş idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bugünkü görüşlərin qalibləri 1/4 finalda bir-birilərinə rəqib olacaqlar.
Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.