AZ

“Alaves” “Barselona”nın müdafiəçisini istəyir

"Alaves" "Barselona"nın sağ cinah müdafiəçisi Hektor Fortla maraqlanır.

90deqiqe.Az "Football-Espana"ya istinadən xəbər verir ki, "Alaves" 17 yaşlı futbolçu üçün ilk təklifini göndərib. "Barselona" hələ ki, bu təklifə cavab verməyib - ilk növbədə, gənc futbolçunun perspektivlərini komandanın yeni sükançısı Hans-Diter Flik qiymətləndirilməyi gözlənilir.

Transfermarkt-a görə, Hektor Fortun dəyəri 10 milyon avrodur. İspan futbolçu "Barselona"nın əsas komandasında on oyun keçirib və üç məhsuldar ötürmə edib.

Seçilən
94
90deqiqe.az

1Mənbələr