AZ

“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi çərçivəsində dəyirmi masa keçirib - FOTOLAR

İyulun 1-də Quba Regional QHT-lərin Təlim Resurs Mərkəzində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi çərçivəsində dəyirmi masa keçirib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Quba Gigiyena və Epidemiologiya İdarəsinin, QTDM-nin Quba filialının, Mənzil-kommunal idarəsinin, Quba rayon Mərkəzi xəstəxanasının, Quba Mədəniyyət İdarəsinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə Quba Regional QHT-lərin Təlim Resurs Mərkəzinin direktoru Eynulla Xeyrullayev açdı və Dəyirmi masada müzakirə olunan mövzunun ətraf mühitin çirklənməsində plastik torba və birdəfəlik qabların ciddi təsiri və onların necə azaldılması ilə bağlı olduğunu bildirdi. Hazırda ətraf mühitə ən çox tullantı plastik qablar və birdəfəlik torba və çantalardır. E.Xeyrullayev davam edərək bildirdi ki, Quba rayonu kimi füsunkar təbiəti olan yerdə daşqın hadisələri tez-tez baş verir və bu zaman daşqınla birgə gündəlik həyatımızda istifadə etdiyimiz birdəfəlik çantalar, qablar sel vasitəsilə yenidən özümüzə qayıdır. Bu cür maarifləndirici tədbirləri rayonda tez-tez təşkil etmək işin faydasına olardı və ictimaiyyət plastik torba və çantaların istifadəsini azalda bilərdi.

Sonra çıxış etmək üçün söz Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Arif Nəbiyevə verildi. A.Nəbiyev əhalinin maarifləndirilməsində QHT-lərin artan rolunu qeyd etdi və bu gün təqdim olunan plastik torbaların və birdəfəlik qabların istifadəsinin azaldılmasında bu cür tədbirlərin çox vacib olduğunu bildirdi. Layihə barədə danışmaq üçün söz “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verildi.

S.Həsənov Quba rayonunun Azərbaycanın turizm mərkəzlərindən biri olduğunu və əhalinin dincəlmək üçün tez-tez bura gəldiyini bildirdi. S.Həsənov çıxışını prezentasiya şəklində davam etdi. Son bir-iki gündə apardığımız müşahidələr onu göstərir ki, turizm obyektləri də daxil olmaqla demək olar ki, hər tərəfdə plastik məmulatlarının ətraf mühitə atıldığının şahidi oluruq. Məlum olduğu kimi polietilen və plastik torba və birdəfəlik qablar 100 illərlə təbiətdə parçalanmır və çox mürəkkəb kimyəvi tərkibə malik olmaqla bir neçə monomer kimyəvi zəncir birləşmələrindən ibarətdir. Onların yandırılması atmosferə zəhərli kimyəvi qazların atılmasına səbəb olur və dünya üzrə iqlimdə baş verən dəyişmələrdə əsas qazlardan biri olan CO2-nin atılmasında 13% paya malik olduğunu bildirdi. Plastik torba və polietilen çantalardan istifadənin azaldılması üçün 2023-cü ilin fevral ayının 15-dən etibarən bu məhsulların marketlərdə pulla satışı barədə (15 mkn ölçüdən az olmaqla) qərar qəbul edildi. Lakin təəssüf ki, bu cür metod bir çox ölkələrdə effektli olsa da, Azərbaycanda bu baş vermədi.

Ümumiyyətlə, 1950-ci ildən 1970-ci illərə qədər yalnız az miqdarda plastik istehsal olunurdu və nəticədə plastik tullantıları nisbətən idarə oluna bilirdi. Bununla belə, 1970-1990-cı illər arasında plastik tullantıların istehsalı üç dəfədən çox artdı, bu da plastik istehsalında oxşar artımı əks etdirir. 2000-ci illərin əvvəllərində istehsal etdiyimiz plastik tullantıların miqdarı bir onillikdə əvvəlki 40 ildə olduğundan daha çox artdı. Bu gün dünya hər il təxminən 400-500 milyon ton plastik qablar və birdəfəlik qablar istifadə etməklə tullantı yaradır. Dünya üzrə 2050-ci ilə qədər ilkin plastik qlobal istehsalının 1,100 milyon tona çatacağı proqnozlaşdırılır. Biz həmçinin birdəfəlik istifadə olunan plastik məhsullara, bircə qısa istifadədən sonra atılmalı olan əşyalara doğru narahatlıq doğuran dəyişikliyin şahidi oluruq. İstehsal edilən bütün plastikin təxminən 36 faizi qablaşdırmada, o cümlədən qida və içki qabları üçün birdəfəlik plastik məmulatlarda istifadə olunur ki, bunun da təxminən 85 faizi poliqonlara və ya tənzimlənməmiş tullantılara çevrilir. Bundan əlavə, birdəfəlik plastik məhsulların təxminən 98 faizi qalıq yanacaqdan (neft məhsullarından) və ya “saf” xammaldan istehsal olunur. S.Həsənov layihə çərçivəsində hazırlanmış kitabçada kifayət qədər elmi və rəsmi məlumatlar topladıqlarını və bu balaca kitabçanın ensiklopedik bir məlumat bazası olduğunu vurğuladı.

Sonra mövzu barədə danışmaq üçün söz ADPU-nun Quba filialının müəllimi Arzu Abayevaya verildi. Arzu xanım Pedaqoji Universitetin Quba filialında tələbələrin ekoloji biliklərinin artırılması üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi və bildirdi ki, Filial rəhbərliyi daima ekoloji mövzunu diqqətdə saxlayır və mütəmadi tədbirlər zamanı və tədris prosesində onları maarifləndirir.

Sonra çıxış üçün söz Quba şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Gülnar Məmmədovaya verildi. G.Məmmədova qeyd etdi ki, Quba rayonu bütövlükdə turizm mərkəzi olduğundan burada təbii yaşıllıqlar çoxdur və həmin ərazilərin təmiz saxlanması plastik və digər tullantılardan təmizlənməsi üçün daima tədbirlər görməyə ehtiyac var.

Sadiq Həsənov davam edərək bildirdi ki, Quba şəhərində monitorinq zamanı ərazidə məişət tullantılarının toplanması yerlərində tullantı qablarının olmadığını müşahidə etdiyini bildirdi. Bu ətraf mühitin çirklənməsində ciddi təsir edən faktordur və mən düşünürəm ki, yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Bu gün bu tədbirdə Sizə paylanan bu kitabça tullantıların və xüsusilə plastik torba və birdəfəlik qabların ətraf mühitə təsiri barədə əyani vəsait kimi istifadə edilə bilər.

E.Xeyrullayev çıxışının davamı kimi qeyd etdi ki, “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi həmişə Quba rayonunda ekoloji mövzuda yeni və maraqlı prezentasiyalarla iştirak edib. Bu cür məlumatlarla zəngin bir kitabçanın nəşr olunması və burada iştirak edən nümayəndələrə paylanması plastik torba və birdəfəlik qabların azaldılmasında əhəmiyyətli təsir edəcəyini qeyd etdi. Bu cür məlumatlarla zəngin bir kitabçanın nəşr olunması baş verən dəyişikliklər barədə məlumat boşluğunu aradan qaldıracaq. E.Xeyrullayev rayonda QHT-lərin tədbirlərinin davam etməsi üçün Quba Regional QHT Resurs Mərkəzində təmir işlərinin aparılması üçün aidiyyatı qurumlara müraciət olunmasını və burada bu cür əhəmiyyətli tədbirlərin keçirilməsini təklif etdi.

Tədbirdə iştirakçılardan Mənzil-kommunal İdarəsindən Pərvanə Eyvazova, Quba Mədəniyyət evindən Maqsud Salahov və Quba GEM-dən Xatirə Əliyeva və başqaları maraqlı təkliflərlə çıxış etdilər. Tədbir canlı müzakirələr şəraitində keçdi.

Müzakirədə mövzu ətrafında Quba rayonunda ekoloji sahədə görülməli işlər və əhalinin plastik və polietilen torba və çantalardan istifadənin azaldılmasını təşviq edilməsi, bu barədə kitabçadakı məlumatlardan istifadə etməklə biliklərinin artırılması, mağaza və marketlərdə alış veriş zamanı alternativ torbalardan istifadənin təşviq edilməsi, enerji və sudan qənaətlə istifadə edilməsi, yaşıllıq sahələrinin artırılması tövsiyə olundu. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
3
qht.az

4Mənbələr