AZ

Rusiya avtomobil və qayıqları dronlardan qorumaq üçün yeni yollar axtarır

"Vektor" Elmi-Tədqiqat İnstitutu avtomobillər və qayıqlar da daxil olmaqla dronlardan qorunmaq üçün yenilənmiş həll yolları hazırlayır.

Herbiand.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin satış şöbəsinin rəhbəri Vladimir Duboyski “PUA-ların aşkarlanması və onlara qarşı mübarizə texnologiyaları” konfransında bildirib.

O deyib ki, hazırda sahəmizin əldə etdiyi təcrübəyə əsaslanan müxtəlif işlər həyata keçirilir: “Yaxın gələcəkdə biz həm nəqliyyat vasitələrini, həm də dəniz gəmilərini qorumaq üçün nəzərdə tutulmuş daha çox qurğu təqdim edəcəyik”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
herbiand.az

1Mənbələr