AZ

“Veloyürüş ölkəmizdə keçirilən COP29-a töhfədir”

Naftalan şəhər İcra Hakimiyyəti, Gənclər Fondu və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş reallaşıb.

Naftalan – Suqovuşan – Naftalan mürşurutu üzrə nəzərdə tutulan yürüşdən öncə rəsmi hissə baş tutub. İdman və ekoloji əhəmiyyət daşıyan tədbirin əhəmiyyətinə toxunulub. Velosipedin idman etməklə yanaşı ekoloji cəhətdən sağlam nəqliyyat vasitəsi kimi qəbul edildiyinə diqqət çəkilib. Son illər ölkəmizdə avtomobil yollarına paralel olaraq velosiped zolaqlarının da salınmasının geniş vüsət aldığı xüsusi qeyd edilib.

Vüqar Salahov (Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvü): “Bu gün çox sevincliyik ki, velosipedçilər olaraq işğaldan azad olunan məkanlara velosipedlə gedirik. Əsas məqsədimiz nəqliyyat vasitəsi kimi hər kəsin velosipeddən istifadə etməsini tövsiyə etməkdir. Velosiped sağlamlıqdır, ekoloji tərəfdən təmiz nəqliyyat vasitəsidir. Ona görə də düşünürəm ki, veloyürüş ölkəmizdə keçirilən COP29-a töhfədir”.

Veloyürüş Naftalan şəhərində start götürüb. 20-yə yaxın iştirakçı aidiyyatı qurumların müşayiəti ilə Suqovuşan istiqamətində yola düşüblər. Pedal sahibləri Qaşaltı Qaraqoyunlu və Tapqaraqoyunlu kəndlərindən keçməklə işğaldan azad edilən ərazilərə doğru irəliləməklə Suqovuşan qəsəbəsinə və eyniadlı su anbarına gəliblər. Burada az bir müddətdə təbiəti seyr edərək şəkil çəkdirdikdən sonra eyni marşrut üzrə Naftalana tərəf hərəkəti davam etdiriblər. Təxminən 50 km-dən artıq məsafə qət edən iştirakçıların ən gəncinin 15, ən yaşlısının 60 yaşı olub.

blank

Sonda veloyürüş iştirakçılarına Naftalan şəhər icra hakimiyyəti tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Xatırladaq ki, 3 il öncə Naftalanda velosiped həvəskarlarının daha rahat hərəkəti üçün 7 km uzunluğunda veloyol çəkilib.

BƏHRUZ MUSAYEV, NAFTALAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
futbolinfo.az

1Mənbələr