AZ

“Azəriqaz”ın rəhbərliyi Masallıda vətəndaşlarla görüşəcək

“Azəriqaz”ın

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyi Masallı rayonunda vətəndaşlarla görüşəcək.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, iyulun 5-i saat 12:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək görüşdə Masallı və Yardımlı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Görüşə dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional Qaz İstismarı İdarəsinə (tel: 051-792-79-95; 050-329-66-96) müraciət edə bilərlər.

Seçilən
117
3
azertag.az

4Mənbələr