AZ

Azərbaycan 48 idmançı ilə 48-cidi

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlandıqdan sonra Paris-2024-ə yollanacaq idmançılarımızın sayı 48-ə yüksəlib. Sport24.az xəbər verir ki, Azərbaycan Olimpiadaya göndərəcəyi idmançı sayında dünyada 48-cidir.
 
Hazırda 186 komanda Paris-2024-ə vəsiqə qazanıb. Onlardan ikisi – Fərdi Neytral Atletlər (AİN) və QOK (Qaçqınların Olimpiya Komandası) qarışıq komandadırsa, digərləri 184 fərqli ölkəni təmsil edir.
 
48 təmsilçi ilə 48-ci olan Azərbaycan 17 idman növündə Parisdə iştirak edəcək.
 
Güləşdə 12 (sərbəst – 6, yunan-Roma – 5, qadın – 1), cüdoda 9, gimnastikada 7 (bədii – 6, batut – 1), boksda 5, basketbolda 4, badmintonda və üzgüçülükdə 2 idmançımız Fransa paytaxtında mübarizə aparacaq. Atletika, qılıncoynatma, taekvondo, atıcılıq, triatlon, avarçəkmə və kamandan oxatmada bir təmsilçimiz yarışa qatılacaq.
 
İndiyədək əldə olunan vəsiqələrin sayında ABŞ liderdir. Şimali amerikalılar 590 idmançı göndərmək hüququ qazanıb. Meydan sahibi Fransa isə ikincidir. Siyahıda "üçlüy"ü Avstraliya qapayır.

Seçilən
78
sport24.az

1Mənbələr