AZ

Ermənistanda hava limanına bomba qoyulması ilə bağlı xəbər yalan çıxıb - YENİLƏNİB

Şirak hava limanına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.

Hürriyyət.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“Bomba barədə məlumat verən vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, - məlumatda vurğulanıb.

***

2024-07-02 10:28:42

Ermənistanın Şirak hava limanına bomba qoyulduğu iddia olunur.

Hürriyyət.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Hazırda polis qüvvələri hadisə yerindədir. Eyni zamanda, alınan mesaj yoxlanılır. Hava limanının ərazisi mühasirəyə alınıb”, - məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
hurriyyet.az

1Mənbələr