AZ

Beydili Nilüfer Parkı turistləri heyran edib

Son yeniləmə: 2 İyul 2024 11:15 BAYRAQDAR MEDİA – Güney Ege İnkişaf Agentliyinin (GEKA) dəstəklədiyi layihə ilə Dənizlinin Çivril rayonunda inşa edilən Beydili Nilüfer Parkı, Işıklı gölünün cəlbediciliyini artıraraq turizmə sektorunun istifadəsinə verilib.Bu barədə denizli24haber.com saytı məlumat yayıb.Bildirilib ki, Sənaye və Texnologiya Nazirliyinin İnkişaf Agentlikləri Baş İdarəsinin koordinasiyası ilə həyata keçirilən layihə Çivril Bələdiyyəsinin “Nilüferin arzusu Çivrildə gerçəkləşir” proqramı çərçivəsində reallaşdırılıb.Məlumata görə, 8 min 560 kvadratmetr sahədə qurulan Beydili Nilüfer Parkı lotus çiçəkləri ilə məşhur olan İşıqlı gölünün turizm dəyərini artırıb: “300 dekar sahə ilə Türkiyənin ən böyük su zanbağı tarlalarına sahib olan İşıqlı gölü layihə sayəsində Denizlinin ən əhəmiyyətli turizm mərkəzlərindən birinə çevrilib. Su zanbaqlarının çiçəklənməsi ilə göl mavi, yaşıl və ağın qovuşduğu nöqtəyə çevrilərək iyunun 1-də açılan tur mövsümü ilə ziyarətçilərini qarşılamağa başlayıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
bayraqdar.info

1Mənbələr