AZ

Ekspertdən təklif: “Yanacaq xərclərinə görə fermerlərə...”

Son günlər benizn və dizelin qiymətinin artırılması əsasən aqrar sahəyə ayrılan subsidiyaların məbləğinin artılması ilə bağlı məsələləri gündəmə gətirə bilər.

Belə ki, Tarif (qiymət) Şurasının qüvvəyə minən yeni qərarına əsasən, dizel yanacağının qiyməti 20 qəpik, Aİ-92 markalı avtomobil benzinin qiyməti 10 qəpik artırılıb.

Məhz bu artımlar fermerlərin xərclərini artmasına səbəb olacaq. Bu səbəbdən də fermerlərə əlavə dəstək mexanizminin tətbiq olunmasına zərurət yaranacaq.

Maraqlıdır, artan yanacaq xərclərinə görə fermerlərə əlavə dəstək mexanizmi tətbiq oluna bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Cebhe.info”-ya bildirib ki, hazırda dizelin qiymətinin 25 faiz yüksəlməsi dizel mühərrikli avtomobillərin istifadəsinin azalmasına səbəb olaraq ekologiyanın dəstəklənməsinə müsbət fayda versə də, kənd təsərrüfatı istehsalına mənfi təsirini göstərəcək:

“Buna görə də hökumət fermerlərin dəstəklənməsi üçün mütləq mexanizm hazırlamalıdır. Onsuz da Aİ 92-nin artması logistik xərcləri və bu da məhsulun maya dəyərini müəyyən qədər artıracaqdı. Bunun da üzərinə dizelin qiymətinin 25 faiz artmasını gəlsək, fermerlər üçün ciddi əlavə xərclər yaranacaq. Həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksələcək, həm də fermerlər  ixracda rəqiblərlə qiymət mübarizəsində daha da çətin vəziyyətə düşəcəklər.

Kənd təsərrüfatının və fermerin problemi əvvəlcə fermerlərin, daha sonra regionların probleminə çevriləcək, axırda da bu problem bütün ölkənin makroiqtisadi göstəricilərinə öz mənfi təsirini göstərəcək. Buna görə də bir daha qeyd edirəm ki, ən qısa zamanda kənd təsərrüfatı istehsalında sərf edilən dizel yanacağına görə fermerlərin dəstəklənməsi üçün mexanizm hazırlanmalıdır”.

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr