AZ

Rusiya ilə vizasız rejim ləğv edilməyəcək

Moldovanın xarici işlər naziri, baş nazirin müavini Mixay Popsoi respublikanın Rusiya və MDB ölkələri ilə vizasız rejimi ləğv etmək niyyəti ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Bizim Tacikistan və Qırğızıstan istisna olmaqla, bütün MDB ölkələri ilə ikitərəfli sazişlərimiz var ki, vizasız rejim olsun” .

O, bunun Moldovanın da vizasız rejim haqqında saziş imzaladığı Rusiyaya da aid olduğunu vurğulayıb.

“İndiki mərhələdə bu məsələ qaldırılmır”, - deyə baş nazirin müavini bildirib.

O, hətta Rusiyada olan Moldova vətəndaşlarının təxmini sayını belə deməkdə çətinlik çəkib. “Biz bu yaxınlarda Avropa İttifaqı ölkələrində Moldova vətəndaşlarının sayında artım müşahidə etmişik.

Moldovanın Rusiyadakı səfirliyində nə qədər diplomat qaldığını soruşduqda o, səfirlikdə konsulluq şöbəsi də daxil olmaqla cəmi beş diplomatın olduğunu cavablandırıb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
oxumeni.az

1Mənbələr