Bakupost.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, həyata keçirilən monitorinqlər zamanı 24 seçki dairəsi üzrə 50-dən çox məntəqədə müvafiq tədbirlərin görülməsinə ehtiyac yarandığı aydınlaşıb:
"Bu dairələrdə yerli və digər şəraitlər nəzərə alınmaqla seçicilər üçün maksimum şərait yaradılmasına qərar verilib".