AZ

“50-yə yaxın seçki məntəqəsində müəyyən işlərin aparılmasına ehtiyac var” – MSK  

Bəzi dairələr üzrə seçki məntəqələri ilə bağlı tədbirlər görülüb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

MSK-nın sədr müavini Rövzət Qasımovun təqdimatına əsasən, ölkə üzrə həyata keçirilən monitorinqlər zamanı 24 dairənin 50-dən çox məntəqəsində müvafiq tədbirlərin görülməsinə ehtiyac yarandığı məlum olub. Bu dairələr 1, 2, 11, 22, 30, 31, 32, 33, 34, 35, 36, 67, 68, 70, 71, 86, 96, 97, 103, 113, 117, 120, 123, 124 seçki dairələridir.  O, bildirib ki, bunun yaranmasına rəvac verən əsas məqam ölkə üzrə həyata keçirilən monitorinqlərdir: 

"Bu, seçicilərin rahatlığı üçündür. Respublikanın müxtəlif bölgələrini əhatə edən dairələrdə məntəqələrlə bağlı iş aparılmasına ehtiyac yaranacaq".

Bu dairələrdə yerli və digər şəraitlər nəzərə alınmaqla seçicilər üçün maksimum şərait yaradılmasına qərar verilib.

Məhərrəm Əliyev, Bizim.Media

Seçilən
102
bizim.media

1Mənbələr