AZ

Taleh Kazımov İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun Düşənbədə keçirilən toplantısında iştirak edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun Düşənbədə keçirilən toplantısında iştirak edib.

"Operativ Media" xəbər verir ki, bu barədə AMB sədri "X"də bildirib.

"Tədbirdə çıxış zamanı ölkədə uzunmüddətli dayanıqlı inkişafı və rifahı şərtləndirən ardıcıl islahatların həyata keçirilməsindən danışdıq. Ümumilikdə ölkənin əsas makroiqtisadi göstəricilərindən və maliyyə sektorunun inkişaf tendensiyaları ilə bağlı tədbir iştirakçılarına məlumat verildi. Həmçinin bu il COP29 kimi qlobal əhəmiyyətli tədbirə Azərbaycanın ev sahibliyi etməsi və bundan irəli gələn fəaliyyətlərin əhəmiyyətini bir daha vurğuladıq", - sədr qeyd edib.

Seçilən
123
4
operativmedia.az

5Mənbələr