2023-cü ildə xəstəxanaya yerləşdirilən məşhur aktyor Ceymi Foks səhhəti ilə bağlı ilk dəfə danışıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, müalicələri uzun müddət davam edən aktyor ölümdən döndüyünü bildirib:
"Bilirəm ki, bir çox insan məndən xəbər almaq istəyir, amma dürüst olmaq lazımdırsa, mən istəmirdim ki, siz məni belə görəsiniz. Məni gülərkən, əylənərkən, şənliklərdə, filmlərdə, televiziya şoularında görmək istəyirsiniz.
Sadəcə olaraq, bədənimdən borular çıxıb, sağ qalıb-qalmayacağımı bilmədiyimi halda məni görməyinizi istəmirdim. İnsanlar dedi ki, koram. Gördüyünüz kimi, gözlərimdə heç bir problem yoxdur. Ölümdən dönmüşəm, cəhənnəmi yaşamışam və sağalan zaman bəzi maneələrlə üzləşmişəm, amma geri dönəcəyəm və işləyəcəyəm".
Xatırladaq ki, Ceymi Foksun ötən ilin aprelində rol aldığı "Back in Action" filmində səhhəti pisləşib və xəstəxanay yerləşdirilmişdi.