AZ

Müharibəni dayandırmaq üçün yeni təkliflə Kiyevə gəldi

Macarıstan Baş naziri Viktor Orban Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiya ilə dialoq təklif edib.

Teleqraf.com xəbər verir ki, Orban bunu Kiyevdə Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib.

“Cənab prezidentdən bir az fərqli yol getməyin, fasilə verməyin, atəşi dayandırmağın və ardınca danışıqlara başlamağın mümkün olub-olmaması haqda düşünməsini istədim. Çünki atəşkəs danışıqlar tempinin sürətləndirilməsini təmin edə bilər”, - Macarıstan lideri qeyd edib.

Viktor Orban Ukraynanın paytaxtına bu gün səhər saatlarında gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
207
teleqraf.com

1Mənbələr