AZ

Taysondan Türkiyə yığmasına xüsusi hədiyyə - Foto

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson Avstriya oyunundan əvvəl Türkiyə yığmasına xüsusi hədiyyə bağışlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, məşhur boksçu üzərində Türkiyə bayrağı olan əlçəkləri imzalayaraq yığma komandaya hədiyyə edib.

Əlcəkləri təhvil alan Türkiyə yığmasının futbolçuları – Hakan Çalhanoğlu, Arda Gülər, Kənan Yıldız və Uğurcan Çakır Taysona təşəkkürlərini çatdırıblar.

Eyni zamanda adıçəkilən futbolçular da, imzalı Türkiyə formasını məşhur boksçuya hədiyyə ediblər.

Qeyd edək ki, Avro-2024-ün 1/8 final mərhələsi çərçivəsində Avstriya Türkiyə ilə qarşılaşacaq. Oyunun start fiti saat 23:00-da səslənəcək.

Seçilən
62
1
axar.az

2Mənbələr