AZ

"Qarabağ" darmadağınla yarımfinala adladı

"Qarabağ"ın 16 yaşadək komandası (U-16) Azərbaycan çempionatında yarımfinala vəsiqə qazanıb.

Prosport.Az-ın xəbərinə görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda AFFA U-16 Liqasının 1/4 finalında "ASCO Arena"da "Səbail"lə cavab oyununa çıxıb.

İlk oyunda 2:2 hesabı qeydə alınsa da, bu dəfə meydan sahibi "Səbail" rəqibinə müqavimət göstərə bilməyib. "Qarabağ" rəqibini 4:0 hesabı ilə darmadağın edib. Baxmayaraq ki, ilk hissədə hesab açılmayıb.

Qolları Əli İbrahim (57), Əli Qazibəyov (69) və dubl edən Əli Əliyev (75, 89) vurub.

Qeyd edək ki, "Qarabağ"ın yarımfinalda rəqibi "Sumqayıt" – "Sabah" cütünün qalibi olacaq. 

Seçilən
174
prosport.az

1Mənbələr