AZ

“İsrail generalları HƏMAS ilə atəşkəsin tərəfdarıdır” – NYT


“İsrailin yüksək hərbi rəhbərliyi Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəsin tərəfdarıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail generalları hesab edirlər ki, bu, girovların azad edilməsini asanlaşdıracaq və “Hizbullah” hərəkatı ilə münaqişənin şiddətləndiyi təqdirdə orduya resursları bərpa etməyə imkan verəcək.
“Hərbçilər girovların azad edilməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanı tam dəstəkləyirlər”, - İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Eyal Xulata deyib.
Onun sözlərinə görə, ordu generalları həmişə əməliyyatları bərpa edə və gələcəkdə HƏMAS-la hərbi qarşıdurmaya girə biləcəklərinə inanırlar.
Nəşr qeyd edir ki, yəhudi dövlətinin hərbi rəhbərliyi belə qənaətə gəlib ki, Qəzza zolağında saxlanılan 120-yə yaxın girovun azad edilməsinə nail olmaq üçün ən təsirli üsul atəşkəsdir.
İsrailin yüksək rütbəli zabitləri də hesab edirlər ki, İsrail ordusunun bərpası üçün vaxt lazımdır və ölkənin şimalında “Hizbullah”la genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə sursat, silah və texnika çatışmazlığından ehtiyatlanır. Bundan əlavə, HƏMAS ilə razılaşma İsrailin Qəzzada hərbi əməliyyatlarına qarşı çıxan Livan tərəfi ilə dialoqun qurulmasına kömək edə bilər.
NYT yazır ki, hərbçilərin mövqeyi HƏMAS məhv edilənə qədər atəşkəs razılaşmasına qarşı çıxan ölkənin Baş naziri Benyamin Netanyahunun fikrindən fərqlənir. Nəşr qeyd edir ki, israilli generalların yəhudi dövlətinin hökumət başçısına atəşkəslə bağlı mövqeyini birbaşa ifadə edib-etmədiyi məlum deyil.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
50
yeniavaz.com

10Mənbələr