AZ

Tayson Türkiyə millisinə belə dəstək oldu - FOTO

Dünyca məşhur əfsanəvi boksçu Mayk Tayson futbol üzrə Türkiyə millisinə dəstəyini göstərib.

Metbuat.az bildirir ki, o, türk bayraqlı boks əlcəklərini imzalayaraq, Türkiyə millisinə hədiyyə edib. Boksçu ilə birgə layihələr həyata keçirən türk iş adamı bu hədiyyəni Türkiyə millisinin üzvü Hakan Çalhanoğluna çatdırıb.

Hədiyyəni təslim alan Türkiyə millisinin üzvləri video çəkdirərək boksçuya təşəkkür ediblər və ona imzalı Türkiyə formasını göndəriblər.

Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində bu gün Türkiyə və Avstriya milliləri qarşılaşacaqlar.

,

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
turanpress.com

10Mənbələr