AZ

Deyəsən, Avro-2024 avtoqollar turniri kimi tarixə düşəcək

Növbəti avtoqol Fransanı, qolkiper Koşta Portuqaliyanı ¼ finala çıxardı

Avro-2024-də futbol tamaşasından daha çox təsadüflər və sürprizlər diqqət çəkməyə başlayıb. 1/8 final mərhələsində biz artıq çempion İtaliyanın turniri biabırçı şəkildə tərk etməsini, həmçinin Cud Bellinqem sayəsində matçın bitməsinə 2 dəqiqə qalmış İngiltərənin möcüzəli dönüşünü gördük.

Fransanın Belçika ilə qarşılaşması isə bu pley-offun ən yaxşı matçı olmalı idi. Rusiyada keçirilən dünya çempionatında bu komandalar yarımfinal mərhələsində qarşılaşmışdılar və həmin turnirin ən baxımlı oyunlarından birini təqdim etmişdilər. Lakin xoş futbol təəssüratı yaratmayan hesaba baxmayaraq, hər iki komandada dünya səviyyəli oyunçular olduğundan azarkeşlərin nəfəs kəsəcək  məqamlar seyr edəcəyinə ümid böyük idi. 

İlk dəqiqələrdən görünən isə bu idi ki, indi həm Fransa, həm də Belçika bir az “qocalıb” və zəifləyiblər. Amma müxtəlif dərəcələrdə. Fransızlar qapıçılarını dəyişmişdilər. Llorisin əvəzinə Maynyan çərçivəni qoruyurdu. Bu keyfiyyətə təsir etmədi. Upamekano və Salibanın simasında müdafiə istənilən vaxt qapıya təhlükəyə çevrilə bilərdi. Veteranlar Kante və Rabiot hələ də yarımmüdafiədə yaxşı görünürdülər. Hücumda ən koloritli oyunçular olan və bir-birini əvəz edən Barkol, Dembele və Türam Mbappe ətrafında fırlanırlar. Nəhayət, indi də əla təsir bağışlayan və hər yerdə görünməyə macal tapan Qrizmann da var.

Belçikalıların tərkibinə gəldikdə, bu komanda son altı ildə daha çox “yaşlanıb”. Tedesco, bəlkə də, Avropanın ən yaxşı qapıçısı Kurtuanı kənarda saxlayaraq, orta səviyyəli  Kastellsə bel bağlayıb. Müdafiə də elə sabit deyil – “Leester”dən Fas və 37 yaşlı Vertonqen necə etibarlı ola bilər. De Breyne formadadır, lakin komandanın rəqib müdafiənin diqqətini yayındırması üçün daha Eden Hazar kimi virtuoz yoxdur.

Məşqçi Fransa ilə matç üçün Opendanı bəxtsiz Lukaku ilə hücuma göndərdi. Əslində bu, maraqlı gediş oldu. Amma istənilən halda belçikalıların 1/8-ə autsayder kimi çıxdıqları aydın görünürdü. Nizamlamaları yaxşı bilən Tedesko bu Avropa çempionatında ilk dəfə olaraq 4-4-2 müdafiə sistemini seçməsi də buna işarə idi. Belçikalılar ilk dəqiqələrdən təşəbbüsdən əl çəkəcəklərini, diqqətlərini zonaları əhatə etməyə və əks-hücumlara yönəldəcəklərini bildirmişdilər. Təbii ki, bu, meydan tamaşasına təsir etdi – fransızlar mənasız yerə meydanın mərkəzində boşluq axtarırdılar, lakin müdafiəçilərin inamla idarə etdiyi ötürmələr vasitəsilə topu cərimə meydançasına çatdırırdılar. Maraqlıdır ki, ilk təhlükəli anı məhz Belçika yaratdı: 24-cü dəqiqədə De Breyne cərimə zərbəsini yerinə yetirdi. Onun vurduğu top rəqib oyunçuya dəyib sıçrama  sayəsində zərbəyə çevrildi. Meyan topu qapıçı üçün uyğun olmayan üslubda ayağı ilə qaytarmağa məcbur etdi. Ferreyra-Karrasko geri dönən topu ələ keçirib zərbə endirsə də, Teo Ernandes onu  dəf edə bildi.

Fransızlar hücumlarının kəskinliyinin  ilk işartılarını yalnız 1-ci hissənin sonunda göstərməyə başladılar. Əvvəlcə Türam başla təhlükəli zərbə vurdu, sonra Tçuameni iki dəfə qapını nişan aldı. Əvvəlcə  Mbappenin parlaq ötürməsindən sonra qola yaxın oldu. İkinci cəhdi xüsusilə təhlükəli oldu. Lakin top hədəfə getməkdən sanki imtina etdi. 

İkinci hissədə də fransızlar təzyiqi artırdılar. Didye Deşamın yetirmələri 85-ci dəqiqəyə qədər aramsız hücumları ilə “qırmızı şeytanlar”ın qapısına zərbələr endirdilər.  62-ci dəqiqədə PSJ-nin hücumçusu Randal Kolo Muani meydana daxil oldu və bu, Deşamın yeganə əvəzedicisi oldu. 85-ci dəqiqədə elə bu oyunçu Belçika millisinin qapısı qarşısında ələ keçirdiyi topu qapıya vurdu. Vertongen Kolo Muaninin zərbəsini dəf etmək üçün topu kəsdi. Əslində, Kolo Muaninin zərbəsi açıq-aydın uğursuz idi: top, yəqin ki, hədəfdən aralı keçəcəkdi və Yan isə fransızlar üçün çox uğurlu şəkildə onu qapıya yönəltdi. Qapıçı onu dəf etməkdə aciz idi, çünki o, topun istiqamətini dəyişəcəyini görə bilməzdi. Fransa 1:0 hesabı ilə qələbə qazanaraq ¼ finala vəsiqəni təmin etdi. 

Vertongenin avtoqolu Deşamın komandasına çox kömək etdi. Fransızlar belçikalıların qapısına 20 zərbə endirsələr də, hədəfi cəmi iki dəfə vura bildilər. Müqayisə üçün qeyd edək ki, “qırmızı şeytanlar” da iki dəfə, ancaq beş cəhddə fərqləndilər. Ümumilikdə, üçrəngli “xoruzlar” Avropa çempionatında qapılara  66 zərbə vurublar, bunun cəmi 16-ı  hədəfə vurulub.  Vertongenin avtoqolu Fransanın turnirdə vurduğu üçüncü qol oldu: onların arasında oyundan vurulan bir dənə də olsun qol yoxdur. Qrup mərhələsinin ilk turunda üçrənglilərin qələbəsini müdafiəçi avstriyalı Maksimilian Veberin zərbəsi qazandırdı – Kilian Mbappenin sağ cinahdan qapı önünə zərbəsindən sonra qeyri-dəqiq baş zərbəsi endirdi və avtoqola imza atdı. Amma Polşa ilə növbəti oyunda (1:1) qol vurdular. Mbappe 56-cı dəqiqədə penaltini qola çevirdi. Kilianın özü üçün bu top onun Avropa çempionatındakı debütü oldu. Əvvəlki böyük turnirlərdə fransızların bəxti gətirib. Fransa 5 Avropa və 6 dünya çempionatında öz xeyrinə avtoqollar vurmaq rekorduna sahibdir.

Fransızların növbəti fərqlənmək cəhdi iyulun 5-də 1/4 finalda baş tuta bilər. Bu turda onlar Portuqaliya millisi ilə qarşılaşacaqlar.

Qeyd: Yeri gəlmişkən, Belçikalı müdafiəçinin avtoqolu turnirin 9-cu qoludur. İndi son Avropa çempionatında qeydə alınan rekorda cəmi iki qol qalır.

Fransalı idman jurnalisti Aleks Klementson Fransa–Belçika matçını dəyərləndirərkən deyib : “Bu, Avropa futbolunun iki nəhəngi arasında tipik bir mübarizə idi. Gərgin, güzəştə yer olmayan və oyunun sonunda həll olunan qarşılaşma. Fransızlar Belçikanın müdafiəsini yarmaq üçün çox çalışmalı oldular, amma buna dəyərdi. Deşamın komandasında hələ də eyni oyun problemləri var, amma onlar irəliləyirlər. Bu komanda qələbəsiz yaşaya bilməz və həmişə lazım olan anda rəqibini sıxışdırmağı bacaracağına inamla yaşayır”.

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko məğlubiyyətin acısını belə bölüşür: “Final fitindən çox az vaxt keçib. Son məqamda avtoqol buraxdıq, indi nəyisə təhlil etmək çətindir. Yaxın bir neçə həftə ərzində turnirin nəticələrini təhlil edəcəyik. Kastels bu turnirdə parlaq oynadı. Lukakunun qolsuz evə getməsi isə... Bu kədərlidir”.

Futbol azakeşləri də, mütəxəssislər də Sloveniya millisini autsayder, Ronaldo və komandasını bu pley-offun favoriti hesab edirdilər. Amma bu qarşılaşma Avro-2024 turnirinin qalibini penalti seriyasında müəyyənləşdirən ilk matçı oldu.  Əsas və əlavə vaxt 0:0 hesablı bərabərliklə başa çatdı. 

Doğrudur, Portuqaliya matça favorit kimi başladı. İlk dəqiqələrdə Rafael Leau və Ruben Diasa təhlükəli şanslar düşdü. Bir az sonra Kriştiano Ronaldo başı ilə Bernardo Silvanın qapı qarşısına göndərdiyi hava ötürməsinə çata bilmədi.

Amma vaxt keçdikcə Sloveniya özünə gəldi və topa sahibliyini yaxşılaşdırdı, lakin daha çox hücuma keçən yenə rəqib idi. Yan Oblak başı ilə Ronaldonun qol vurmasına mane oldu. Bir məqamda portuqaliyalı kapitan cərimə zərbəsi ilə az qala qol vuracaqdı: top dirəyin azca üstündən keçdi.

2-ci hissə Joao Kanselonun əla ötürməsi ilə başladı və Bernardo Silvanın sərfəli mövqedən çərçivənin üstündən vurduğu zərbə ilə başa çatdı. Daha sonra Ronaldo güclü cərimə zərbəsi vurdu, lakin Oblak yenidən slovakların köməyinə gəldi.

Slovenlərin əks-hücumdakı ən yaxşı anını Şeşko boşa verdi. Hücumçu sürəti ilə Pepeni üstələdi, lakin qapıçı ilə təkbətək qalanda qol imkanını dəyərləndirə bilməyib topu  çərçivədən kənara vurdu.

Əsas vaxtın sonunda Oblak yenidən Ronaldonun qol vurmasına mane oldu, lakin qapıçı əsas nailiyyətinə əlavə vaxtda, 105-ci dəqiqədə sloveniyalı qapıçı Yan Oblak Səudiyyə Ərəbistanında “möhtəşəm qoleador” olan futbol ulduzu Ronaldonun zərbəsini dəf edib, onun haqqında bədgüman olanların haqlı olduğunu təsdiqlədi. 

Bəli, Portuqaliya–Sloveniya matçı, ilk növbədə Ronaldo üçün dramatik oldu. Əlbəttə, Kriştiano aktiv idi, lakin faydasız idi. Matçın əsas məqamında isə o, faydasız olduğunu da sübut etdi - 105-ci dəqiqədə penaltini qaçırdı.  Bundan sonra göz yaşlarına saxlaya bilməsə də, bu heç nəyi dəyişmirdi. Dünya mətbuatı Ronaldonun kobud səhvindən və göz yaşlarından danışıraq yazır: “Cristiano qəhrəman ola bilərdi, amma sonda üzr istəməli oldu”. 

Ən çox narazı olan peşəkarlardan biri “Çelsi”nin keçmiş müdafiəçisi Con Terri olub. O, efirdəki yazının fotosunu çəkib sosial şəbəkələrdə yerləşdirərək “Ayıb olsun!” imzasını atıb. Bu, təəccüblü deyil, çünki Terri hücum səhvlərinin nə olduğunu bilir. 16 il əvvəl, 2008-ci ildə "Çelsi"nin müdafiəçisi Moskvada Çempionlar Liqasının finalında “Real” klubu ilə penalti seriyasında həlledici penaltini qaçırmışdı. Yeri gəlmişkən, Terri onda Ronaldoya qarşı oynayırdı. Kriştiano da bu seriyada qol vurmamışdı.

Qalib 11 metrlik zərbələr seriyası ilə müəyyən edilməli idi. Burada əsas rolları penaltiləri dəf etməkdə mütəxəssis adlandırılası qapıçılar oynadılar. Oyunsonrası seriyanı nəzərə almasaq, Oblak karyerası ərzində 66 zərbədən 16-nı, o cümlədən Ronaldonun bu görüşdəki zərbəsini dəf edib. Portuqaliyalı qapıçı Dioqo Koşta isə bir qədər yaxşı nəticəyə malikdir – 39 zərbədən 10-unu dəf edə bilib.

Birinci vurmaq şansı slovenlərin bəxtinə düşdü, lakin Yosip İliçiç zərbəni qola çevirə bilmədi - Kosta ona sevinc yaşatmadı. Kriştianu Ronaldo bu dəfə hədəfi dəqiq seçib qol vurdu. Ardınca portuqaliyalı qapıçı yenidən komandanı xilas etdi - Jure Balkovets onu aldada bilmədi. Bruno Fernandes hesabı 2:0 etdi, sonra qolkiper Kosta yenidən parladı – Benjamin Verbiç onunla dueldə uduzdu. Bernardo Silvanın zərbəsi portuqaliyalılara uğur gətirdi, Oblak bu penalti seriyasında heç nə edə bilmədi. Portuqaliya penaltilər seriyasında futbol tarixində nadir 3:0 hesabı ilə qalib gəlib ¼ finala vəsiqəni təmin etdi. 

Bəli, Portuqaliyanın bu qələbəsini təkcə sloveniyalıların səhvləri ilə bağlamaq doğru olmazdı. Əslində Portuqaliya millisinin qapıçısı Kostanın bu qələbədə payı daha çox oldu. Kosta tarix yazdı: ondan əvvəl Avropa çempionatında heç kim eyni vaxtda üç penaltini dəf etməyib. Bundan əlavə, qitə miqyaslı turnirlərdə heç vaxt qapıçı 120 dəqiqə oynayıb, qol buraxmadan penaltilər seriyası keçirməyib.

Dieqo haqlı olaraq  matçın ən yaxşı oyunçusu mükafatını aldı, çünki o, əlavə vaxtda da parladı: 115-ci dəqiqədə Portuqaliyalı qapıçı Benjamin Şeşkonun onunla təkbətək fürsətini qola çevirməyə imkan vermədi.  Həmin an hesab 1:0 Sloveniyanın xeyrinə ola bilərdi və Portuqaliyanın cavab qoluna, demək olar ki, vaxtı qalmırdı.

Kosta bütün karyerasını “əjdahalar”ın rənglərini müdafiə etməyə sərf edən 24 yaşlı Porto məzunudur. O, Portuqaliya millisində 26 oyun keçirib və bu, Dioqonun ikinci böyük turniridir. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında onun komandası bilavasitə  qapıçı səhvinə görə mübarizədən kənarlaşdırılmışdı: Mərakeşlə 1/4 final matçının 42-ci dəqiqəsində Kosta topa tullanmaqda gecikdi və Yussif En-Nəsirinin qol vurmasına imkan verdi. Bu qol oyunda yeganə olaraq qaldı və Portuqaliya sensasiyalı şəkildə məğlub oldu. Bu dəfə Kosta fenomenal oynu ilə millinin və millətinin qəhrəmanı oldu.

***

Dünən Avropa çempionatının ¼ final mərhələsinə son 2 vəsiqə uğrunda Rumıniya-Hollandiya  və Türkiyə-Avstriya matçları keçirilib. Təbii ki, Azərbaycan ictimaiyyəti və futbol azarkeşləri Rumıniya–Hollandiya oyunundan daha çox Türkiyə ilə Avstriya arasında keçirilən matçı izlədilər. Amma Rumıniya ilə Hollandiya arasındakı oyun da çox gərgin mübarizə şəraitində keçdi və bir çox maraqlı anlarla yadda qaldı. 

Qarşılaşmadan əvvəl Hollandiya millisinin baş məşqçisi Ronald Kuman mətbuata açıqlamasında bildirmişdi ki, onun komandası üçün əsas məsələ yaxşı oynayıb qalib gəlməkdir. Əslində, bu matçda statistika Kumanın komandasının lehinə idi. Milli komandalar bu görüşədək öz aralarında 13 oyunda qarşılaşıblar. Əlbəttə, hollandlar bu qarşılaşmaların 9-da qalib gəliblər, Rumıniya isə cəmi bir matçda qalib olub. Qalan 3 görüş heç-heçə nəticələnib. Ümumi hesab da 23:3 hollandların xeyrinə olub. 

Münhendə keçirilən qarşılaşmada da Kumanın yetirmələri favorit hesab olunurdular, lakin rumınları da qiymətləndirməmək doğru olmazdı. Diskvalifikasiyaya görə rumınların əsas sol cinah müdafiəçisi Nikuşor Banka komandasına kömək edə bilmirdi. Hollandiya millisində isə cəzalı oyunçu yox idi.

Oyun yavaş templə başladı. Hollandiya ilk dəqiqələrdən topa nəzarəti ələ aldı, lakin irəli getmədi. İordaneskunun yetirmələrinin yüksək pressinq göstərməyə çalışdıqlarını alqışlamağa dəyərdi. Rumınlar hətta ilk fürsətdə müdafiədən hücuma keçməyə çalışdılar. Tədricən Rumıniya millisinin futbolçuları təşəbbüsü ələ alaraq hücum oyunu oynamağa başladılar. Man cərimə meydançasının kənarından hollandların qapısına təhlükəli zərbə endirsə də hədəfi vura bilmədi.

Hər iki komandanın oyununda qarışıqlıq  çox olsa da, bütövlükdə matçı darıxdırıcı adlandırmaq olmazdı. Hollandiya 20-ci dəqiqədə hesabda önə keçdi. Kodi Qakpo cinahdan cərimə meydançasına daxil oldu və yaxın küncə güclü zərbə endirdi – 0:1. Açığını desək, Nitsa bu məqamda düzgün mövqe seçməmişdi. Belə məqamlarda  yaxın künc zərbəsinə qapıçı cavabdehdir. Bu qol Kumanın yetirmələrinə öz potensiallarına və ustalıqlarına inam verdi və onlar üstünlüklərini artıra bildilər. Buraxılan qoldan sonra Rumıniya millisinin oyun düzəni pozuldu və onlar özlərinə gələ bilmədilər. Hollandiya təşəbbüsü tam ələ alsa da fasiləyə qədər ikinci qolu vura bilmədi. 

Hollandiya millisinin futbolçuları fasilədən sonra daha namlı oynayırdılar. İordaneskunun oyunçuları inanılmaz dərəcədə şanslı idilər. 58-ci dəqiqədə künc zərbəsindən sonra Van Deyk dirəyə zərbə endirdi. 64-cü dəqiqədə Qakpo topu tora göndərsə də, VAR qolu oyundankənar vəziyyətə görə qəbul etmədi. Lakin 83-cü dəqiqədə qaliblə bağlı bütün suallara aydınlıq gəldi. Qakpo ötürmə etdi, Malen isə topu boş qapıya vurdu – 0:2. Elə həmin Malen matçın əsas vaxtında son nöqtəni qoyub hesabı 0:3-ə çatdırdı. Beləcə, ¼ finalın daha bir komandası bəlli oldu. 

Səhifəni hazırladı: 
İlqar RÜSTƏMOV 
XQ

 

Seçilən
106
xalqqazeti.az

1Mənbələr